“FƏNƏR” NECƏ ÇEMPİON OLDU?

single-news
16 May 2007

“FƏNƏR” NECƏ ÇEMPİON OLDU?



NURLAN  ƏZİZ 

 

 

“Qalatasaray” yönətimi, Tiqananın açıqlamasına görə

Yəqin, mövsümün sonunun belə tez başa çatacağını heç kim gözləməzdi. Bəli, Azərbaycan azarkeşlərinin böyük diqqəti izlədiyi Türkiyə superliqası sona 2 tur qalsa da çempion artıq əldə etdiyi zəfəri bayram etməkdədi. Mənimlə razılaşarsınız ki, cari çempionat futbolsevərlərə böyük həyəcan və həzz etmədi. 6-turdan liderliyi ələ keçirən “Fənərbaxça” sona qədər liderliyi heç kimə verməyərək tarixində 17-ci dəfə xoş sonluğa qovuşdu. Əslində, “sarı-lacıvərd”lərin daim favorit olmasını nəzərə alsaq burada anormal bir şeyin olmadığına qərar vermiş olarıq.

Amma, çempionun əzəli və ədəbi rəqibləri “Beşiktaş” və “Qalatasaray”ın “Fənər”ə yetərincə “diş” göstərə bilməməsi bir balaca Zikonun yetirmələrini uğuruna kölgə salır. Yox, mən heç də Türkiyənin ən çox çempion olmuş klubunun nailiyyətini heçə endirmək niyyətində deyiləm. Amma, bəzi faktlar çempionun zəfərinə qara salır.

Heş şübhəsiz, mövsümün əvvələrində 100 ilində çempionluğu qarşısına qoyan Əziz Yıldırımın klubu bunun üçün köklü dəyişiklilər etməliydi. Öncə klubun başına böyük futbolçu keşmişınə rağmən ciddi məşqçi karyerası olmayan Ziko gətirildi. Yıldırımın öncə istefa etməsi sonradan geri qayıtması və mövsümün başlanmasına az qalmış Edu, Kejman, Deyvid, Luqano sıralarına qatan “Fənər” yaxşı hazırlıq dönəmi keçməməsinə səbəb olmuşdu. Belədə komandanın müəyyən çətinlik çəkəcəyi əvvəlcədən məlum idi.

Lakin, nə komandanı gəncləşdirməyə üstünlük vermiş “BJK” nə də maliyyə böhranında çabalayan “Qalatasaray” bundan istifadə edə bilmədi. Ona görə də çempionluğun başlanğıcında liderlik edən “Vestel Manisaspor” taxtdan salınması rəqiblərin artırması  ilə yox, Ersun Yanalın komandasının formadan düşməsi ilə bağlamaq lazımdır. Çempionatın ilk yarısında heç kim stabil oyun sərgiləməsə də “Fənər” hamıdan az xal itirməsinə görə dövrəni lider kimi başa vurdu.

Çempionatın 2-ci yarısına qələbələrlə başlayan “QS” və “BJK” getdikcə “Fənər”i sıxışdırmağa başladı. Lakin yeə də daim qeyri-stabillik onlara mane olurdu. Lakin,  getdikcə “BJK” “oturması” nəticəsində “qara qartal”lar “Fənər”i izləməyə başaldı. Burada hər mövsüm olduğu kimi “Fənər” camiəsi qeyri-futbol oyunları oynayaraq rəqiblərinə təzyiq etməyə başladılar. Zikonun komandasının hər kəsin gözü qabağında geriləməsini görsələrdə “Fənər” rəhbərliyi gah Federasiyanı günahlandırır gah, çempionatdan çəkiləcəklərini bildirir, gah da şərəfsiz və vicdansızlarla mübarizə apardığını söyləyirdi. Lakin hər şeyə raömən, onların ən yaxın rəqibi “BJK” son 7 oyunda qələbə qazanaraq cari mövsümdə ən az xal fərqlə (2) “Fənər”ə yaxınlaşanda öz meydanın da lideri taxtdan endirmək şansı əldə etdi.

Burada haşiyəyə çıxaraq 2 faktı qeydə etməmək olmur. “Fənər”in çempionluq yarışında məntiqi sonluğa qovuşmasında “QS” rəhbərliyini böyük rolu oldu. Pulları olmadığını etiraf etmək və ötən il olduğu kimi Geretsə dəstək vermək əvəzinə yalandan vədlər verməklə məşğul oldular. Təsadüfi deyil ki, mövsüm ərzində “aslan”lar daim qeyri-sabitliyi ilə diqqəti çəkdi

Və qayıdaq əsas məsələyə. Mövsümün matçında öncə artıq hər kəs “Beşktaş”ın “Fənər”i yenərək rəqibini keçib və çempion olacağını düşündüyü halda “ağ-qara”lar baş məşqçisi öz ölkəsində verdiyi müsahibəsində mövsümün sonunda komandadan gedəcəyini açıqlaması gündəmə bomba kimi düşdü. Belə yersiz açıqlama sonunda komanda doğma meydanda bəlkə gələcəkdə 1 xal belə bəs edə biləcəyi matçda “Fənər”ə məğlub olaraq yarışın taleyini həll etdi.

Bəli, rəqiblərinin bu siyasəti qarşısında birləşən “Fənər” camiəsi hansısa yollarlasa da  birləşə bildi. Və bunlara onlara sonda çempionluğa gətirdi. Bəli, həqiqətən də, son da hər zaman güclü olan qalib gəlir. Lakin Əziz Yıldırımın komandasının Avropa qapısını aralaması lazımdı. Yoxsa, tək başına aparılan Türkiyə çempionluğu elə də sevinc doğurmur. Amma, nə olursa olsun, çempionluq xəyalı , “QS” uefa kuboku sahibi olmasının, “BJK”nın 2 dəfə eyni turnirin 14 finalında oynamasının yanında yatmadan açılan səhərə bənzəyir. Görəsən bu “Fənər”ə kifayət edəcəkmi?  

Paylaş

// pop up