"FƏNƏR" "PORTU"YA TƏSLİM OLDU

single-news
18 Sen 2008

"FƏNƏR" "PORTU"YA TƏSLİM OLDU



Dünən axşam Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində daha 8 oyun keçirildi. Ümumilikdə 14 qolun vurulduğu oyun günündə “Fənər”in səfərdə “Portu”ya uduzması hamıda təssüf doğurdu.

Adı çəkilən matçda hesab artıq 11-ci dəqiqədə açıldı. İlk qolun müəllifi Lisandro oldu. İlk şokdan ayılmamış “Fənər” azarkeşləri 2-ci dəfə məyus oldular. 14-cü dəqiqədə Luço Qonsalez çərçivəni dəqiq nişan alır. İkinci qoldan sonra qonaqlar hesab arasındakı fərqi azaltmaqdan ötrü əllərindən gələn hər şeyi etdilər və 29-cu dəqiqədə Quiza qollardan birinin əvəzini çıxa bildi. Ancaq ev sahibləri sakitləşmək bilmirdilər. Oyunun əsas vaxtının son dəqiqəsində-90-cı dəqiqədə Lino “fənərlilər”i bir daha məyus etdi. 3:1...Oyun elə bu hesabla da başa çatdı.

TƏSƏLLİ QOLUNUN MÜƏLLİFİ... QUİZA

 

"FƏNƏR"İN NÖVBƏTİ HÜCUMU NƏTİCƏSİZ QALIR...

Digər qruplar:

E QRUPU:

 M.Y öz meydanında “Vilyareal”la qolsuz heç-heçə etdilər.”Seltik” – “Olborq” matçında da eyni nəticə qeydə alındı.

F QRUPU:

“Olimpik L” – “Fiorentina” matçı 2:2 hesabı ilə başa çatdı. “Styaua” – “Bavariya” matçında isə qonaqlar meydandan qalib ayrıldılar. 0:1. Oyunda vurulan yeganə qolun müəllifi isə Van Buyten oldu.

G QRUPU:

“Dinamo K” – “Arsenal” matçı... Tərəflər meydandan sülhlə ayrıldıla. 1:1...

H QRUPU:

Bu qrupda futbolsevərlər daha iki maraqlı qarşılaşmanın şahidi oldular. “Yuventus” öz meydanında “Zenit”i qəbul edirdi. Ev sahibləri ?6-cı dəqiqədə Del Pyeronun vurduğu yeganə qolun sayəsində meydandan qalib ayrıldılar. “Real” – BATE qarşılaşması da meydan sahiblərinin qələbəsi başa çatdı. Oyunda vurulan qolların müəllifləri: 11-ci dəqiqə Serxio Ramos, 57-ci dəqiqə Nisterloy

“Olimpik L” – “Fiorentina” matçı 2:2 hesabı ilə başa çatdı. “Styaua” – “Bavariya” matçında isə qonaqlar meydandan qalib ayrıldılar. 0:1. Oyunda vurulan yeganə qolun müəllifi isə Van Buyten oldu.

 

Paylaş

// pop up