"FƏNƏRBAĞÇA" VƏ "SEVİLYA"...

single-news
4 Mar 2008

"FƏNƏRBAĞÇA" VƏ "SEVİLYA"...



Bu gün bütün diqqətlər “Sançes Pizjuan” stadionuna yönələcək. “Fənərbağça” və “Sevilya”... İlk dəfə ¼ finala vəsiqə qazanmaq üçün meydana çıxacaqlar. “Sevilya” son iki ildir UEFA kubokunu qazanan və heyəti ulduz futbolçulardan ibarət bir komandadır. Amma bu fakt nə Zikonu, nə də onun tələbələrini qorxutmur. Bu gün ¼ finala keçmək elə də çətin olmayacaq.  Çünki, “Fənər” Kadıköydə 3:2 hesabı ilə rəqibi məğlub edərək ilk səkkizliyə öz adlarını yazdıra bilmişdi.  Əgər “Fənərbağça” bu gün meydandan qələbə və ya heç-heçə ilə ayrılarsa vəsiqəni əldə etmiş olacaq. Matçöncəsi baş məşqçi Ziko və futbolçulardan olan Kejman mətbuat işçiləri ilə bir araya gəldi. Kejman matçda ilk 15 dəqiqənin çox önəmli olduğunu bildirdi: “Sevilya” doğma meydanda oynadığı üçün daha şanslı görünə bilər. Amma mən əminliklə söyləyə bilərəm ki, onların müdafiəsi çox zəifdir. Rəqibin zəif nöqtələrinə bələdik. Bu da matça öz təsirini göstərəcək”.

Paylaş

// pop up