"FƏNƏRBAXÇA" "BEŞİKTAŞ"LA OYNADI, QAZANAN "QALATASARAY OLDU...
27 Fev 2006
"FƏNƏRBAXÇA" "BEŞİKTAŞ"LA OYNADI, QAZANAN "QALATASARAY OLDU...
Türkiyə çempionatının 23-cü turu arxada qaldı. Lider "Fənərbaxça" "Beşiktaş"la, "Qalatasaray" isə, "Vestel Manisaspor"la qarşılaşdı....
Qalatasaray - Vestel Manisaspor 4:2
Qollar: Necati, 1. Volkan, 43. Sonq, 85. Səbri, 90 - Qoloşko, 30; 76.
Oyun meydan sahibləri üçün çox əhəmiyyətli idi. Çünki liderin "Beşiktaş"la qarşılaşmada xal itkisi ehtimalının böyük olması aradakı xal fərqini azaltmaq üçün çox önəmli idi.
Matç "Cim-Bom" üçün elə də yaxşı başlamadı. Necati hesabı açsa da, 76-cı dəqiqədə tabloda 2:2-lik bərabərlik yazılmışdı. Lakin oyun sonunda vurulmuş iki top Cim-Bom sevərlərə inanılmaz sevinc bəxş etdi...
Turun Derbi matçı da dramatikliyi ilə yadda qaldı. "Fənərbaxça"-"Beşiktaş"ı qəbul etdi. Meydan sahiblərinin üstün oyun sərgiləməsinə baxmayaraq, hakimin final fiti 2:2-lik bərabərliyi rəsmiləşdirdi.Bu isə, ən çox "Qalatasaray"ın istədiyi hesab oldu...
TURUN DİGƏR OYUNLARININ NƏTİCƏLƏRİ İLƏ TANIŞ OLUN:
Ərciyzspor - Qaziantepspor 1:0
Samsunspor - Ankaraspor 0:1
Çaykur Rizespor - Kayserispor 0:0
Denizlispor - Malatyaspor 1:0
Gənclərbirliyi - Ankaragücü 1:1
Trabzonspor - Sivasspor 0:0
Türkiyə Klublarının saytlarına aşağıdakı linkdən daxil ola bilərsiniz:
TÜRKİYƏ KLUBLARI