"FƏNƏRBAXÇA" XAL FƏRQİNİ ARTIRDI

single-news
4 Apr 2005

"FƏNƏRBAXÇA" XAL FƏRQİNİ ARTIRDI



Türkiyə superliqasının son 26-cı turunda liderlərdən yalnız "Fənərbaxça" 3 xal qazana bildi. Digər üç komanda- "Qalatasaray", "Trabzonspor" və "Beşiktaş" meydandan sülhlə ayrıldılar. "Fənərbaxça" Ümit və Aleksin vurduqları toplarla "Qazientepspor"u məğlub edə bildi."Kayserispor" öz meydanında "Qalatasaray"la heç heçə oynaya bildi. 2:2. Eyni hesabla "Trabzonspor"- "B.B.Ankaraspor" matçı başa çatdı.Diyarbakırda isə yerli klub "Beşiktaş"la heç-heçə edə bildi: 0:0 26-cı turdan sonra "Fənərbaxça" 65 xalla vahid liderdir.İkinci yeri 61 xalla "Qalatasaray", üçüncü yeri isə 56 xalla "Trabzonspor" tutur.

Paylaş