`Fənərbaxça` yarımfinalda!!!

single-news
12 Apr 2013

`Fənərbaxça` yarımfinalda!!!



UEFA Avropa Liqasının 1/4 final mərhələsinə yekun vurulub.

Azərbaycanlı azarkeşlərin ən çox maraqlandığı oyun İtalyada baş tuub. Burada `Latsio` `Fənərbaxça`nı qəbul edib. İlk oyunda rəqibinə 0:2 hesabı ilə məğlub olan `Latsio` oyunu azarkeşsiz, boş tribunalar önündə keçirib. Görüş 1:1 hesabı ilə başa çatıb və ilk oyunda 2:0 hesabı ilə qalib gələn `Fənərbaxça` yarımfinala çıxıb.

Digər maraqlı oyun isə millimizin üzvü Ruslan Abışovun komandası `Rubin`lə `Çelsi` arasında keçirilib. Kazan təmsilçisi bu oyunda 3:2 hesabı ilə qalib gəlsə də, növbəti mərhələyə ilk oyunda 3:1 hesabı ilə qalib gələn  `Çelsi` çııxıb.

Beləliklə `Çelsi`, `Fənərbaxça`, `Bazel` və `Benfika` yarımfinalda mübarizəni davam etdirəcəklər.
Avropa Liqası
1/4 final, cavab oyunları

11 aprel

21:00. `Rubin` (Rusiya) – `Çelsi` (İngiltərə) - 3:2
Qollar: Torres, 6 (0:1), Markano, 51 (1:1), Moses, 55 (1:2), Karadeniz, 62 (2:2), Natço, 75-pen (3:2)
İlk oyun 1:3

00:05. `Bazel` (İsveçrə) – `Tottenhem` (İngiltərə) - 2:2
Qollar: Dempsey, 23 (0:1), 83 (2:2), Salah, 27 (1:1), Draqoviç, 49 (2:1)
Qırmızı vərəqə: Vertonge, 90+1 ("Tottenhem")
İlk oyun 2:2

00:05. `Latsio` (İtaliya) – `Fənərbaxça` (Türkiyə) - 1:1
Qollar: Luliç, 60 (1:0), Caner, 74 (1:1)
İlk oyun 0:2

00:05. `Nyukasl` (İngiltərə) – `Benfika` (Portuqaliya) - 1:1
Qol: Sisse, 71 (1:0), Salvio, 90+2 (1:1)
İlk oyun 1:3

 

Paylaş

// pop up