"Ferensvaroş" - "Qarabağ" oyununun hakimləri müəyyənləşdi
17 Avq 2025
"Ferensvaroş" - "Qarabağ" oyununun hakimləri müəyyənləşdi
Komandamızın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Ferensvaroş"la (Macarıstan) keçirəcəyi matçın hakimləri müəyyənləşib. Macarıstanda baş tutacaq görüşü portuqaliyalı hakimlər briqadası idarə edəcək.
Baş hakim Juan Pedru da Silva Pineyru, köməkçiləri Brunu Migel Alveş Jezuş və Lusiano Antonio Qomeş Maya olacaqlar. Klaudiu Filipe Ruivo Pereyra dördüncü hakim, Tyaqu Brunu Lopes Martinş VAR, Fabiu Oliveyra Melu isə AVAR funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Ferensvaroş" -"Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
