Fərhad ən yaxşı seçildi və ümid verdi
Fərhad ən yaxşı seçildi və ümid verdi
Azərbaycanla Türkiyə arasında baş tutmuş yoldaşlıq oyununda millimiz 2:0 hesabıyla məğlub olsa da, komandamızda oyunuyla göz dolduran bir isim vardı: `Qarabağ`ımızın da şərəfini qoruyan Fərhad Vəliyev. Komandamızın vitse-kapitanı Türkiyə KİV-i tərəfindən komandamızın ən yaxşısı seçilib. Semihin penalitisini dəf edən Vəliyev eyni zamanda Arda, Halil və Nihatın zərbələri zamanı `seyv`lə yadda qaldı. Qolkiperimiz saytımıza verdiyi açıqlamada oyun haqqında fikirlərini də bildirməyi unutmadı:`Təəssüflənirəm ki, azarkeşlərimizi sevindirə bilmədik. Hakimin verdiyi penalti qərarı çox ağır oldu. Rəşadın çıxması müdafiənin `oynaması`na səbəb oldu. Penaltiyə gəlincə, `Qarabağ`da qapıma təyin olunmuş sonuncu penaltini də tutmuşdum. Lakin, buna baxmayaraq `Standard`a uduzmuşduq. İndi nə deyə bilərəm. Hər 2 oyunda qurtarılmış penaltilər komandaya nəticə gətirmədi. Maraqlı bir taledir. İnşallah, Uelslə oyunda azarkeşlərimizi qələbə qazanaraq sevindirərik. Millimiz buna qadirdir.`
Maraqlıdı ki, qolkiperimizin oğlu dünyaya gəldikdən sonra möhtəşəm oyunuyla göz doldurur. Balaca Fikrətin dünyaya gəlişindən sonra Fərhad çempionatda `Karvan`, kubokun finalında `İnter` və nahəyət milli matçda Türkiyəyə qarşı son xəttdə demək olar keçilməzdir. Görəsən, qolkiper bu barədə nə düşünür:`Təbii ki, övladın dünyaya gəlməsi insana fərəh gətirir. Deyə bilmərəm ki, son maclardakı mübarizəm oğlumun dünyaya gəlişindən asılıdır. Amma etiraf etməliyəm ki, bu olaydan sonra özümdə əlavə güc hiss edirəm.