Fərhad və Namiqlə də daha 2 il

13 May 2013
Fərhad və Namiqlə də daha 2 il
`Qarabağ`ımız müqaviləsi başa çatan futbolçularla sazişləri yeniləməkdə davam edir. Daha öncə Vüqar Nadirov və Maksim Medvedevlə 2 illik yeni müqavilə imzalandığını xəbər vermişdik. Artıq daha 2 futbolçumuzla müqavilələr yenilənib. Fərhad Vəliyev və Namiq Yusifov da daha 2 il `Qarabağ`ın formasını geyinəcək.
Qeyd edək ki, Fərhad Vəliyev 2007-ci ilin yayından `Qarabağ`ın uğurları üçün tər tökür. 33 yaşlı qolkiperin yeni müqaviləyə əsasən 2015-ə qədər `Qarabağ`a bağlandığını ifadə edək.
27 yaşlı Namiq Yusifov isə 2008-ci ildən `Qarabağ`da forma geyinir.