FƏRHAD VƏLİYEV 439 DƏQİQƏDİR...
FƏRHAD VƏLİYEV 439 DƏQİQƏDİR...
“Qarabağ” komandası heç şübhəsiz, premyerliqanın 2-ci yarısının ən uğurlu komandalarından biridir. Birinciliyə uğurlu başlamayan komandamız ilk 4 oyunda məğlub olmasına baxmayaraq toparlana bildi. Hal-hazırda 5-ci plllədə olan “Qarabağ” çempionatı qərarlaşdığı mövqedə bitirməyə çox yaxındır. İkinci yarıda olduqca başarılı qrafik cızan “Qarabağ” birincilikdə keçirdiyi 12 qarşılaşmada cəmi bir dəfə məğlub olub. 21-ci turda səfərdə “İnter”lə minimal hesablı məğlubiyyət sonuncu və yeganədir. Maraqlıdır ki, bu uğurlar da müdafiənin önəmli rolu var. Hər halda bu 12 oyunda cəmi 5 qol buraxmışıq ki, bu göstəriciyə görə sadəcə lider “Olimpik”dən geri qalırıq. Daha bir maraqlı məqam isə elə “İnter”lə məğlub olduğumuz oyundan sonra qol buraxmamışıq. Belə də ilk olaraq millinin də qolkiperi olan Fərhad Vəliyevin başarısı önə çıxır. Fərhad Vəliyevin son 4 oyunda qol buraxmaması və 439 dəqiqəlik quru seriyası dəiqqəti cəlb edir. Ümimiyyətlə, ili Fərhadın aktivinə yaza bilərik. Vəliyev 23 oyunda cəmi 11 dəfə topu tordan çıxarmağa məcbur olub. Buda “Olimpik”li həmkarı Rauf Mehdiyevdən sonra ən yaxşı göstəricidir.
Bu barədə Fərahdın fikirlərini öyrəndik:” Az qol buraxmağımız nəinki mənim ümumilikdə müdafiə xəttinin əla oyunu ilə bağlıdır. Düzü, dediyiniz rəqəmdən xəbərim yox idi. Düzdü, bilirdim 4 oyundu qol buraxmıram. Amma dəqiqə hesabı aparmamışdım. Nə deyim. İnşallah, sonuncu oyunda da qapını “təmiz” saxlayaram. Amma önəmli olan komandanın uğur qazanmasıdır”