Fərhad Vəliyev:`Əsas odur ki..`

single-news
2 Noy 2011

Fərhad Vəliyev:`Əsas odur ki..`



`Qarabağ`ımız premyerliqanın II dövrəsinin ilk turunda `Sumqayıt-şəhər`lə qarşılaşacaq. İlk dövrədə debütantla oyunda xal itirən komandamız oyuna ciddi hazırlaşır. Sonuncu oyunda `Bakı`nı məğlub edən komandamızın heyətində cari mövsüm ilk dəfə Fərhad Vəliyev ilk `11`likdə yerini aldı. Həm bu səbəbdən, həm də sumqayıtlı olduğunu nəzərə alaraq tribunanı Fərhada verdik. 31 yaşlı qolkiper oyun haqqında bunları dedi:`İlk dövrədə `Sumqayıt-şəhər`lə oyunda gözlənilməz xallar itirdik. Oyunda çoxlu imkanlarımız olsa da bundan yararlana bilmədik. İndi bizi yenə də ciddi oyun gözləyir.  Sonuncu matçda AZAL-a qalib gəliblər. Əhval-ruhiyyələri yaxşıdır. Ən azından xal almağa çalışacaqlar. Amma biz də qələbə qazanmaq istəyirik. Xal itkilərindən qaçmaq istəyirik. Təbii ki, Sumqayıtda komandanın olması məni sevindirir. Bu yerli uşaqları futbola həvəsləndirmək üçün vacib amildir. Xüsusilə, komandada çoxlu gənclərin olması sevindiricidir.
Son oyunda qapıda durmağıma gəlincə. Mən daim məşq edib öz şansımızı gözləyirdim. Tam səmimi deyirəm, Bojanla aramda sadəcə idman rəqabəti var. Bir-birimizi hər zaman dəstəkləyirik. Qurban müəllim kimə şans verirsə, o da ən yaxşısını etməyə çalışır. Bojanla yanaşı daha bir gənc perspektivli Osman Umarov da var. Güclü rəqabətin olması bizim işimizin xeyrinədi.  `Qarabağ` üçün ən yaxşısını etməyə çalışırıq. `Bakı`yla oyunda heç bir həyəcanım yox idi. Düzdü, istər-istəməz oyun praktikası öz sözünü deyir. Amma hər hansısa problem yaşanmadı. `Sumqayıt-şəhər`lə oyuna da əvvəlki qaydada hazırlaşırıq. Qapıda kimin dayanmasına Qurban müəllim qərar verəcək. Əsas odur ki, doğma azarkeşlərimiz  qarşısında qələbə qazanaq.`

Paylaş

// pop up