Fərhad Vəliyevlə maraqlı müsahibə
13 Sen 2010
Fərhad Vəliyevlə maraqlı müsahibə
“Qarabağ” klubunun və Azərbaycan yığma komandasının qapıçısı Fərhad Vəliyevin apasport.az saytına müsahibəsi
- Ramazan bayramını necə qeyd etdiniz?
- Bildiyiniz kimi, şənbə günü Premyer Liqada oyunumuz var idi. Ona görə də, bayramın birinci gününü yarısını evdə olduq. Allaha şükür olsun ki, oruc tutduq.Yaxşı qeyd etdiyimizi deyə bilərəm.
- Adətən bu bayramda kimsəsizlər və imkansızlar sevindirilir. Dinə bağlı insan kimi, buna nə dərəcədə nail oldunuz?
- Bunu deməzlər. Belə məsəl var, sağ əlin verdiyini, sol əl bilməməlidir. İnsan heç vaxt etdiyi yaxşılığı deməz. Allah özü bunu görür.
- Yığmanın Almaniyadakı oyununda adınız matçın protokoluna daxil edilmədi. Səbəb nə idi?
- Bunu özüm də bilmirəm. Qərarı baş məşqçi verir. Görünür, məsləhət deyilmiş.
- Oyun necə keçdi?
- Çox ağır oyun oldu. Oyunun 95 faizi meydanın bizə aid hissəsində keçdi. Rəqib çox güclü idi. Vətənə uğursuz nəticə ilə döndük. Uşaqların oyunu da alınmadı.
- Kənardan komanda necə görünürdü?
- Almaniya güclü komandadır. Sonuncu dünya çempionatında üçüncü yeri tutdular. Mundialın gedişində güclü komandalardan olan İngiltərə, Argentina kimi yığmaları məğlub etdi.
- Bir qədər əvvələ qayıdaq. Niyə qapıçı olmaq istədiniz?
- Məhəllədə futbol oynayan zaman tez-tez qapıda dayanırdım. Buna görə də, futbol məktəbinə gedəndə qapıçı olmaq istədiyimi dedim.
- Qapıçı olmaq çətindirmi?
- Əlbəttə, çətindir. Qapıçı az dincəlməli, çox məşq etməli, daim özünə fikir verməlidir.
- Adətən qapıçının kobud səhvləri əksər hallarda qolla nəticələnir. Heç belə kobud səhvinizdən sonra sizi məsxərəyə qoyublarmı?
- Doğrudur ki, qapıçının səhvi qolla nəticələnir, komanda məğlub duruma düşür. Çünki səndən sonra heç kim yoxdur. Ona görə də, ciddi hazırlaşmaq lazımdır. Bəli, həm internetdə, həm azarkeşlər arasında bu cür səhvlərdən sonra qapıçı haqqında heç də xoş olmayan fikirlər yazılır, səsləndirilir. Gərək buna fikir verməyək. İrəli baxmaq, psixoloji gərginliyi aradan qaldırmaq lazımdır.
- Məşhur futbolçularımızdan biri qapıçılar haqqında belə bir fikir səsləndirib: qapıçılar tez-tez yıxıldığından, onların başı işləmir. Bu fikirlə razısınızmı?
- Adətən qapıçı yıxılanda başı yox, bədəni yerə dəyir. Biz də insanıq. Futbolçularla müqayisədə, məşqlərimiz fərqlidir. Oyun zamanı qapıçının üzərində məsuliyyət çox olur.
- Hər məşqdə 30-40 dəfə yerə yıxılırsınız. Bədəniniz ağrımır?
- Bizim meydançalarda ağrıyır. Məşqdən sonra bunu hiss edirik. Yüngül sıyrılmalar, zədələr də olur. Ancaq uşaqlıqdan buna öyrəşirik. Həm də yıxılmağın da öz texnikası, üsulları var.
- Həyatda məqsədiniz, amalınız nədir?
- Haqqın yolunda olmaq, ailəmlə, yaxınlarımla xoşbəxt olmaq, işimdə ciddi olmaq əsas məqsədimdir.
- Qalmaqal və ya dava-dalaşla aranız necədir?
- Belə şeyləri sevmirəm. Uşaq vaxtı məhəllədə dava-dalaş olan zaman da çalışmışıq ki, məsələni sakit tərzdə həll edək. Çünki bundan heç kimə xeyir gəlməz.
- Yəni uzaq gəzməyə çalışmısınız..
- Bəli, insan səhv buraxa bilər, bir-birini başa düşməyə bilər. Amma bunu dava ilə həll etmək düzgün deyil. Mən bağışlamağı bacaran insanam.
- Qapıçı olmasaydınız, boksçu ola bilərdinizmi?
- Ola bilərdim, olmadım. Futboldan əvvəl otüstü hokkey və boksla məşğul olmuşam. Onları da şəraitsizliyə görə tərk etmişəm. Allahın qismətidir.
- Futbolçu olduğunuza görə, narazı olmazsınız?
- Buna şükür edirəm.
- Qazancınızdan narazılığınız varmı?
- Xeyr. Hər bir sahənin öz çətinliyi var. Məsələn evdə tez-tez deyirlər ki, balanın böyüməsini görmürsən. Çünki toplanışlarda, oyunlarda oluruq. Asan iş deyil. Bunun müqabilində qazancımız da yaxşıdır.
- Qısqanc insansınız?
- Az olsa var. Çalışmışam ki, səbrli olum. Ancaq hərdən hirslənən vaxtlarım da olur.
- Hirslənəndə evdə dava saldığınız vaxt olubmu?
- Olub. Dava deyəndə, mübahisə etdiyim vaxtlar olub.
- Nə vaxt isə evdə kiməsə əl qaldırmısınızmı?
- Uşaq vaxtı qardaşımla mübahisə etmişəm.
- Qadına əl qaldıran kişiyə münasibətiniz necədir?
- Buna pis baxıram. Hər bir ailədə söz-söhbət olur. Ola bilsin, kimsə qadını vursun, sonra bu hərəkətinə görə peşiman olsun.
- Bu halla rastlaşmısınızmı?
- Bir dəfə olub. Sonra çox peşman olmuşam.
- Futbolçularımız niyə şəxsi həyatları barədə danışmaq istəmirlər?
- Digərlərini deyə bilmərəm, amma məndə belə bir problem yoxdur.
- Yoldaşınızla necə tanış olmusunuz?
- Valideynlər vasitəsilə.
- Qohumunuzdur?
- Uzaq qohumuq. Babam gil Qubada yaşayırlar. Onlarla qonşudurlar. Valideynim də məsləhət görüb.
- Sevib ailə qurmamısınız?
- Sevgi bir baxışda da olur. Əsas odur ki, qadınla kişi bir-birini baş düşsün. Sevgi sonra da yarana bilər.
- Adətən deyirlər ki, övlad olduqdan sonra sevgi ona keçir.
- Əksinə, övlad sevgini daha da artırır.
- Toplanışda olanda daha çox kim üçün darıxırsınız?
- Oğlum üçün.
- Gələndə ona hədiyyə alırsınızmı?
- Əlbəttə, harasa gedəndə Bakıya maşınsız dönmürəm. Oğlum maşın həvəskarıdır.
- Qadında əsas nəyə diqqət yetirirsiniz? Xarici görünüş çox önəmlidir?
- Əsas xasiyyətidir. Kişini başa düşməsi vacibdir. Gözəllik də vacibdir. Ancaq xasiyyət ondan da önəmlidir.
- Kasıb ailədə böyümüsünüz?
- Xeyr, imkanımız orta səviyyəli olub. İdmana getməyimdə, bu səviyyəyə yüksəlməyimdə valideynlərimin də əməyi olub. Çalışıram ki, onların zəhmətini yerə vurmayım. Futbol məktəbinə çalışan məşqçilərin də əməyini dana bilmərəm. Hətta evə gəlirdilər ki, məşqdən qalma. Tofiq müəllim, Ağamusa müəllimin zəhməti çox olub.
- Onları ziyarət edirsinizmi?
- Təbii ki. İmkan daxilində məşq üçün lazım olan forma, top kimi əşyalarla kömək edirik.