Fərhad yenidən millidə:`Çalışacam ki..`

single-news
5 Noy 2013

Fərhad yenidən millidə:`Çalışacam ki..`



Azərbaycan millisinin Noyabr ayında Estoniya və Qırğızıstan millilərinə qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün yığmaya dəvət alacaq futboçuların siyahısı açıqlanıb. `Qarabağ`ımızdan Rəşad Sadıqov,  Maksim Medvedev, Bədavi Hüseynov, Vüqar Nadirovla yanaşı Fərhad Vəliyev də milliyə dəvət alıb. 33 yaşlı qolkiper 2 ildən sonra millinin düşərgəsinə qoşulacaq.
Qeyd edək ki `Qarabağ`da əsas qolkiper olan, çempionatda ən az qol buraxan qapıçı olan Vəliyev sonuncu tura qədər qapısını 592 dəqiqə `quru` saxlaya bilmişdi. Belə də Fərhadın yenidən millliyə dəvət  alması gözlənilməz olmadı. Fərhad saytımıza milliyə çağrılması barəsində danışıb:`Təbii ki, milliyə dəvət almaq olduqca xoş bir duyğudur. Hər zaman ölkənin əsas komandasının formasını qorumaqdan məmnun olmuşam. 2 ildən sonra milliyə dəvət almağım yəqin son zamanlar əsas heyətdə çox oynamağımla əlaqədardır. Son zamanlar uğurlu çıxış edirik. Yəqin bu da millinin məşqçilər heyətinin diqqətindən qaçmayıb. Çalışacam millidə şans veriləcəyi təqdirdə özümü ən yaxşı tərəfdən göstərim.`

 

Paylaş

// pop up