`Feyenord` təcrübəsiylə...

single-news
31 May 2012

`Feyenord` təcrübəsiylə...



`Qarabağ`ımızın 15 yaşlılardan ibarət komandası `Qəbələ Cup`da bu axşam 2-ci oyununa çıxdı.  Saat 19:00-da `Feyenord`la baş tutan oyundan öncə turnirin açılış mərasimi keçirildi. Oyuna isə `Qarabağ`ımızın inamlı başladı. Daha çox 1998 təvəllüdlü futbolçulara şans verən komandamızın baş məşqçisi Xəyal Həsənovun yetirmələri  adlı-sanlı rəqibindən çəkinmədilər. 9-cu dəqiqədə 13 yaşlı Ruslan Hacıyev 3 futbolçunu keçərək qapıçıyla təkbəbək çıxsa da zərbəsi qapının üstündən keçdi. Əvəzində daha təcrübəli olan hollandlar ilk imkandaca hesabı açanda dəqiqələr 17-ni göstərirdi.
2-ci yarı bərabər mübarizəylə yadda qalsa da, qapılara qol vurulmadı və `Qarabağ`  `Feyenord`a 1:0 hesabıyla məğlub oldu.  Sabah komandamız qrup mərhələsinin son oyununda Serbiya millisiylə qarşılaşacaq.

Paylaş

// pop up