FİFA-dan unikal addım

single-news
7 Fev 2013

FİFA-dan unikal addım



FİFA danışılmış oyunlar və futboldakı digər korrupsiya hallarına qarşı mübarizə məqsədi ilə yeni sayt (https://www.bkms-system.net/bkwebanon/report/clientInfo?cin=6fifa61&language=eng) yaradıb.

Saytda daxil olmaqla istənilən şəxs bununla bağlı gizli məlumat verə bilər.

`Bu portal məxfiliyi təmin edir. FİFA əmindir ki, hər bir insan ədalətli və şəffaf futbolun olması üçün əlindən gələni edəcək` – deyə qurumun məlumatında bildirilir.
Xatırladaq ki, bu həftənin əvvəli Avropol futbolda 380 danışılmış oyunu aşkarladıqları haqda məlumat yayıb.

 

Paylaş

// pop up