FİFA-nın reytinqi millimizi 5-ci səbətə göndərdi

FİFA-nın reytinqi millimizi 5-ci səbətə göndərdi
Bu gün açıqlanan FİFA reytinqi 2014-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkatması üçün vacib əhəmiyyət kəsb edirdi. Əvvəlcədən qərara alındığı kimi, püşk zamanı komandalar aprelin 13-dəki reytinqə əsasən səbətlərə bölünəcəkdi.
Bu üzdən də iyulun 30-da Braziliyada keçiriləcək tədbirə 2,5 ay qalmış Avropa yığmaları da potensial rəqiblərini bilib. Reytinq siyahısında 107-ci, Avropada 44-cü olması millimizi 5-ci “doqquzluğ”a salıb. Bu isə Berti Foqtsun yetirmələrinin 1 zəif rəqiblə oynamasının mümkünlüyündən xəbər verir.
Belə ki, seçmə mərhələdə 9 qrupa bölünərkən bunlardan yalnız 1-də 5 komanda olacaq. 6 komandalı qrupa düşməyimiz isə 1 zəif rəqib bəxş edir.
Lakin 5 komandalı qrupların sayı arta da bilər. Bu, Bosniya və Herseqovina milli komandasından asılıdır. Əgər balkanlılara tətbiq olunan cəza püşkatmaya qədər götürülməzsə, onlar yarışa buraxılmayacaqlar.
1-ci səbət: İspaniya, Hollandiya, Almaniya, İngiltərə, Portuqaliya, İtaliya, Xorvatiya, Norveç, Yunanıstan
2-ci səbət: Serbiya, Sloveniya, Rusiya, Fransa, Çernoqoriya, İsveçrə, Slovakiya, Danimarka, İsveç
3-cü səbət: Türkiyə, Çexiya, İsrail, İrlandiya, Ukrayna, Belçika, Rumıniya, Bosniya və Herseqovina, Bolqarıstan
4-cü səbət: Litva, Albaniya, Macarıstan, Belarus, Gürcüstan, Ermənistan, Şimali İrlandiya, Şotlandiya, Polşa
5-ci səbət: Avstriya, Estoniya, Latviya Finlandiya, Makedoniya, Moldova, Kipr, AZƏRBAYCAN, Uels
6-cı səbət: İslandiya, Lüksemburq, Farer adaları, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, San Marino.