FİFADAN ŞOK QƏRAR ! ! !

single-news
24 Fev 2006

FİFADAN ŞOK QƏRAR ! ! !



Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası( FİFA ) 2006-cı il Almaniyada keçiriləcək Dünya Çempionatının oyunlarında çəkiləcək şəkillərin internetə yerləşdirilməsinə qadağa qoymuşdur.Qərara əsasən on-line vasitəsilə, başqa sözlə matçların oynandığı müddət ərzində şəkilərin yerləşdirilməsi ümumiyyətlə qadağan olunmuş, oyundan sonra isə internet xidməti göstərən saytlar, internet qəzetlər, informasiya agentlikləri müəyyən hədd də şəkildən istifadə olunmasına icazə verilmişdir. FİFA tərəfindən verilmiş qərar aşağıdakıları özündə əks etdirir: Hər bir saytda oyunun hər bir hissəsindən çəkilmiş cəmi beş şəkildən artıq foto yerləşdirmək olmaz. Əgər oyun əlavə olunmuş zamanda da oynanarsa, onda hər əlavə olunmuş 15 dəqiqəlik hissədən də cəmi iki şəkil götürmək olar. Artıq bu şok qərara münasibət də bildirilməkdədir. Beynəlxalq Qəzetlər Assosiasiyası Beynəlxalq Agentliklərlə birlikdə bu qərarın əksinə çıxış etmişlər. Jurnalistlər bu qərarın ləğv olunması üçün Dünya Çempionatının keçiriləcəyi Almaniya hökumətinə də müraciət etmək niyyətindədirlər...

Paylaş

// pop up