Filip Ozobiçin durumuna aydınlıq gəlib

17 Apr 2021
Filip Ozobiçin durumuna aydınlıq gəlib
Premyer Liqanın 23-cü turunda "Səbail"lə matçın ilk hissəsində zədələnərək əvəzlənən Filip Ozobiçin durumuna aydınlıq gəlib.
Xorvatiyalı futbolçumuz bu gün həkim müayinəsindən keçib. Müayinədə Filip Ozobiçin sol incik sümüyünün yuxarı 1/3 hissəsinin yerini dəyişməyən sınığı aşkarlanıb. Bununla yanaşı, əzələ toxumalarının həmin nahiyədə əzniyi və əzələarası hematoma müəyyən edilib.
Bu səbəbdən Filip Ozobiçin mövsümün sonuna qədər oynamayacağı dəqiqləşib.