Finala 24 saat qaldı...Türkiyədən Londona qədər..
Finala 24 saat qaldı...Türkiyədən Londona qədər..
`Qarabağ`ımız artıq Avropaya hazırdır. Bu gün komandamız sonuncu hazırlığını bitirərək oyun saatını gözləməyə başlayıb. Komandada Zaur Həşimov istisna olmaqla itkinin olmaması texniki heyəti sevindirməyə bilməz. Komandamız günün yeganə çalışması 18:00-da Suraxanı qəsəbə stadionunda keçirib. Təxminən 1 saat davam edən çalışmadan sonra komandamız yenidən `Ruslan-93`ə yığışaraq oyun saatını gözləməyə başlayıb.
Nəzərinizə çatdıraq ki, sabah baş tutacaq ölkə finalına maraq yetərincə böyükdür. Oyunda stadionun tam olaraq dolması gözlənilir. Maca ölkə xaricində də maraq yetərincədir. Komandamızın oyununu izləmnək üçün xüsusi qonaqlar da gələcək. Belə ki, koordinatorumuz Mehmet Akın sabiq iş yoldaşları `Şəkərspor`un vitse-prezidenti Süleyman Tekgül və texnki koordinatoru Ercan Düzgör sabah Bakıya gəlib `Qarabağ`ın uğuruna şahid olacaqlar.
Cəbrayıldan olan `Qarabağ` veteranları bəyənat yayaraq hər kəsi komandamızı dəstəkləməyə çağırıb.
Hətta, oyuna maraq o qədərdi ki, Londonda yaşayan həmvətənlərimiz qurlaşdırılmış böyük ekranda `Qarabağ`ı dəstəkləyəcəklərinə dair dünyaca məşhur `facebook` portalında məlumat yayıblar.