FİNALA SAATLAR QALDI . . .

single-news
1 İyn 2006

FİNALA SAATLAR QALDI . . .



"Qarabağ" Futbol Klubu Azərbaycan Kuboku uğrunda yarışın Final oyununa hazırlıqlarını davam etdirir. Çempionatın son turunda "Gənclərbirliyi" üzərində qazanılmış qələbədən sonra, komanda bir günlük istirahət etdi. 01.06.06 - cı il tarixindən "Qarabağ" FK "Ambiance" otelində təlim məşqə yığıldılar. Məşqləri oyunun keçiriləcəyi "Şəfa" stadionunda keçən "Qarabağ" bu gün saat 19:00-da son məşqçinə çıxacaq. Bundan sonra isə bütün heyət matç saatını gözləyəcək. Komandada Final oyunu öncəsi ab-hava yüksək səviyyədədir.Texniki heyətdən klub rəhbərliyinə kimi hamı komandanın vacib oyundan qələbə ilə ayrılacağına inanır. Hamı "QARABAĞ" AZƏRBAYCAN adının Avropa meydanlarından səslənəcəyi günü səbirsizliklə gözləyir. Bunun üçün komandanın uzun kubok marafonunu uğurla baş vurması kifayətdir. Əvvəldə bildirdiyimiz kimi, bu gün sat 19:00-da komanda son məşqinə çıxacaq. Son durum haqqında, məşqdə baş vermiş maraqlı olaylar haqqında OYUN ÖNCƏSİ yazısında məlumat veriləcək..

Paylaş