FİNALÇILAR BU GÜN BƏLLİ OLACAQ
FİNALÇILAR BU GÜN BƏLLİ OLACAQ
Bu gün ölkə kubokunun finalçıları müəyyənləşəcək. “Xəzər – Lənkəran” praktiki olaraq bu işin öhdəsindən gəlib. İlk oyunda səfərdə “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edən Cənub təmsilçisinin finalda mübarizə aparacağı heç kimdə şübhə doğurmur. Əsas oyun isə “İnter”lə “Neftçi” arasında olacaq. “Neftçi” artıq 2004-cü ildən bəri finala həsrətdir.Bundan sonrakı mövsüm elə yarımfinalda “İnter”ə uduzub mübarizəni dayandıran paytaxt təmsilçisi sonrakı il “Qarabağ”dan, ötən mövsüm isə “MKT-Araz”dan zəif olmuşdu. “İnter”lə ilk oyunda qeydə alınan 2:2 hesabı Anatoli Demyanenkonun komandası üçün sərfəli ola bilməz. “Neftçi” finala çıxmaq üçün “İnter”i mütləq 90 dəqiqə ərzində udmalıdır. Bu arada onu da qeyd edək ki, “İnter” – “Neftçi” qarşılaşmasını almaniyalı mütəxəssis Babak Rafati idarə edəcək.
23 aprel
“İnter” – “Neftçi”
(ilk oyun 2:2)
Baş hakim: Babak Rafati
Hakimlər: Kay Voss, Hoyger Henşel
Dördüncü hakim: Babək Quliyev
17:00 “Şəfa” stadionu
“Xəzər – Lənkəran” – “Qəbələ”
(ilk oyun 3:1)
Baş hakim: Ceyhun Haşımov
Hakimlər: Munis Abdullayev, Azər Məmmədov
Dördüncü hakim: Əfqan Həmzəyev
18:00 “Xəzər – Lənkəran” mərkəzi stadionu