Finalçılardan biri bəlli olacaq ( FUTBOL+, 02.05.2006 )

single-news
2 May 2006

Finalçılardan biri bəlli olacaq ( FUTBOL+, 02.05.2006 )



Sabah ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək oyunlar fərqli olacaq. Belə ki, “Qarabağ” - “Neftçi” matçında finala çıxacaq komandanın adı bəlli olacaqsa, “Xəzər-Lənkəran” - “Karvan” cütündə hələ ilk görüş olduğundan bir qədər gözləməli olacaq. Daha dəqiq desək, bu bazar çempionatda növbəti turun oyunları olan zaman, “Karvan”la “Xəzər-Lənkəran” Yevlaxda cavab matçında kimin finala çıxacağını ayırd edəcək. Qeyd edək ki, sabahkı matçların başlanma saatı da eynidi. Halbuki cavab oyunlarda qalibin əlavə vaxtda və ya penaltilər seriyasında müəyyənləşməsinin mümkünlüyü nəzər alınaraq matçlar bir saat tez başlanır. Ancaq havalar gec qaraldığına görə oyunların hələ ki elə 17.00-da başlanması məqsədəuyğun sayılır.

Paylaş