Finalın adı: Hollandiya - İspaniya

single-news
8 İyl 2010

Finalın adı: Hollandiya - İspaniya



Mundialın yeni qalibi olacaq. 80 illik dünya çempionatları tarixində Hollandiya və ya İspaniya sonda sevinən tərəf olacaq. Düzdü, 1974 və 1978-ci illərdə hollandlar finala çıxsa da, müvafiq olaraq almanlar və argentinalılara məğlub olublar. Tarixinin ən yaxşı dövrünü yaşayan ispanlar isə  2008-ci Avropa çempionluğunun ardından DÇ-də də xoşbxt sonluğa yaxındır. Hollandlar keçmişinə xatırladan Uruqvayı  qollu oyun sonunda məğlub edərək (3:2) 3-cü cəhddə dünyanın ən böyüyü olmağa çalışacaq.
İspanlar isə hər halda mundialın ən dinamik komandasını məğlub edərək finala çıxdılar. Almanlar ispanlara qədər 2 favorit İngiltərə və Argentinanı böyükhesabla məğlub edərək rəğbət qazanmışdı. Amma onlara nisbətən daha rahat yol keçən ispanlar Puyolun 73-cü dəqiqədə vurduğu qolla qalib gəldilər. Almanların isə daha bir güclünü sıradan çıxarmağa gücü çatmadı.

Paylaş

// pop up