FİNALIN ADI: MKT-ARAZ – XƏZƏR-LƏNKƏRAN
FİNALIN ADI: MKT-ARAZ – XƏZƏR-LƏNKƏRAN
Azərbaycan kubokunda böyük ehtimalla mayın 28-ində keçiriləcək final görüşünün iştirakçılarının kimliyinə aydınlıq gəlib. Gözlənildiyi kimi səfərdə “İnter”i minimal hesabla məğlub edən “Xəzər-Lənkəran” evdə eyni hesabla qalib gələrək cari mövsüm ilk titulunu qazanmaq üçün hədəfə daha da yaxınlaşıb. Lənkəranlıların qoluna matçın 17-ci dəqiqəsində penalti zərbəsindən sonra Emin Quliyev imza atıb. Daha yadda qalan olaylar isə digər cütülükdə yaşandı.
Çoxları səfərdə “MKT-Araz”la qolsuz heç-heçə oynamasından sonra “Neftçi”nin də adını rahatlıqla finala çıxacağını söyləsə də, ehtimallar özünü doğrultmayıb. Düzdü, “ağ-qaralar” oyunun ilk yarısında finala yaxın olub. Matçın 28-ci dəqiqəsində Zaur Tağızadənın vurduğu qolla önə keçən Bakılılar fərqlənmək üçün daha bir neçə şans əldə etsələr də ilk yarıda hesab dəyişməyib. İkinci yarıda bir qədər fəallaşan qonaqlar bir neçə kəsərsiz hücumla yadda qalsalar da 66-cı dəqiqədə istəklərinə çatıblar. Ruslan Abuşovun Camal Məmmədova qarşı kobud oynaması nəticəsində Murad Ağakişiyev penaltini dəqiq yerinə yetirib. Qalan dəqiqələrdə ev sahibləri böyük qüvvə ilə irəli atılsalar da görüşdə hesab dəyişməyib. 1:1. Bunulada İmişlilər tarixində ilk dəfə ölkə kubokunun finalına vəsiqə qazandılar.