FİQU FATİH TƏKKƏYƏ TƏKLİF GÖNDƏRDİ

single-news
1 İyl 2005

FİQU FATİH TƏKKƏYƏ TƏKLİF GÖNDƏRDİ



Türkiyə milli komandasının və "Trabzonspor"un hücumçusu Fatih Təkkə portuqaliyalı Fiqudan təklif alıb. Belə ki, Fatih Təkkə Fiqu tərəfindən təşkil olunacaq "all stars" oyununda iştirak edəcək. Qeyd edək ki, bu görüş avqustun 2-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək və matçdan əldə olunan bütün gəlir kimsəsiz uşaqlara sərf olunacaq. Sözügedən qarşılaşmada Fatihlə yanaşı Şevçenko, Zidan , Ronaldo, Rui Koşta , Adriano və Bekhem kimi "ulduz"lar da çıxış edəcək. Fatih qarşıdakı oyun barədə deyib: "Uğurlu əməliyyatdan sonra indi fiziki hazırlığımı bərpa edirəm. Bu cür qarşılaşmada forma geyəcəyimə görə qürur hissi keçirirəm. Türk futbolunu ən yaxşı mənada təmsil etməyə çalışacam".

Paylaş