FİQUYA GÖRƏ 3 MİLYON AVRO

single-news
8 İyl 2005

FİQUYA GÖRƏ 3 MİLYON AVRO



Madrid "Real"ının və Portuqaliya Millisinin yarımmüdafiəçisi Luis Fiqunun "Liverpul"a keçidi demək olar ki, artıq reallıqdır. Portuqliyalının "Santyaqa Bernabeu"dan "Enfild Roud"a keçidi üçün ingilislər 3 milyon avro ödəməyə hazırdılar. Fiqunun agenti futbolçu ilə "Liverpul" arasındakı danışıqların "Real" rəhbərliyinin icazəsindən sonra başlandığını mediyanın diqqətinə çatdırıb: "Fiqu ilə "Liverpul" arasında maliyyə məsələləri artıq öz həllini tapıb, Luis İngiltərədə oynamaq istəyir, "Liverpul" böyük klubdur". Agent daha sonra deyib: "Son qərarı "Real" qəbul edəcək. Çünki əgər klub transfer məbləği istəsə, onda keçidin taleyi həddən artıq çətinləşəcək." Xatırladaq ki, Fiqunu hələ də dünyanın bir çox klubları sıralarında görmək üçün işlər aparırlar.

Paylaş

// pop up