Fiziki hazırlıq... FOTOQALEREYA
16 Yan 2010
Fiziki hazırlıq... FOTOQALEREYA
`Qarabağ` Futbol komandası davam edən təlim məşq toplanışını bir dəfəlik məşqlə davam etdirir. Səhər baş tutan günün məşqində komanda üzvləri fiziki hazırlığı yüksəltmək üçün yükləndilər. U-21 yığma komandasına çağrılmış futbolçuların düşərgəmizi tərk etməsi isə bir gün gecikdirildi. Buna səbəb bu futbolçuların sabah keçiriləcək `Anji` ilə oyun oldu. Baş Məşqçimiz Qurban Qurbanov iki heyətə güvənəcəyindən, bu futbolçular bir hissə oynadıqdan sonra millinin Antalyadakı otelinə yollanacaqlar.
Bu günkü məşqdən fotogörüntülər izləmək üçün aşağıdakı bölümə daxil olmaq kifayətdir: