Foqts zədəli Vaqifi də çağırdı

single-news
18 Fev 2010

Foqts zədəli Vaqifi də çağırdı



Azərbaycan milli komandasının Lüksemburq yığması ilə keçirəcəyi yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. Martın 3-də səfər baş tutacaq oyunun hazırlığına 24 futbolçu çağırılıb. Berti Foqts fevralın 25-də İordaniya yığması ilə keçirəcəyi yoldaşlıq görüşü üçün açıqlanan heyətlə müqayisədə, bu dəfə düşərgəyə daha iki futbolçu – yarımmüdafiəçi Mahir Şükürov və hücumçu Vaqif Cavadovu da dəvət edib. Onlar hazırda yığmamızda ölkədən kənarda çıxış edən legionerlərdir.

Qış fasiləsində Rusiya Premyer Liqa təmsilçisi `Anji`yə keçən Mahir yoxlama oyunlarında mütəmadi çıxış etdiyi halda, Vaqif Hollandiyanın `Tvente` klubunda hələ də debüt edə bilməyib. Zədəyə görə cərrahiyyə əməliyyatı olunan 21 yaşlı hücumçu hazırda bərpa dövrü keçir və ən yaxşı halda, apreldə yaşıl meydana dönə biləcək. Ancaq Foqts hər iki legionerimizin FİFA-nın `pəncərəsi`ndə nəzərə tutulan oyun zamanı düşərgədə olmasını lazım bilib.

Qeyd edək ki, FİFA-nın qaydalarına görə, klublar yoldaşlıq görüşünə 48 saat qalmış futbolçunu yığmaya buraxmaq hüququna malikdir.

Qapıçılar: Kamran Ağayev (`Xəzər-Lənkəran`), Fərhad Vəliyev (`Qarabağ`), Səlahət Ağayev (`İnter`)

Müdafiəçilər: Rəşad Sadıqov, Elnur Allahverdiyev, Maksim Medvedev (hamısı `Qarabağ`), Vladimir Levin (`İnter`), Ruslan Abışov, Rail Məlikov (hər ikisi `Neftçi`), Saşa Yunisoğlu (`Bakı`)

Yarımmüdafiəçilər: Samir Abbasov, Aleksandr Çertoqanov (hər ikisi `İnter`), Rəşad Sadiqov, Elvin Məmmədov, Əfran İsmayılov (hər ikisi `Qarabağ`), Araz Abdullayev, Amit Quluzadə (hər ikisi `Neftçi`), Fabio Luis Ramim (`Bakı`), Rahid Əmirquliyev (`Xəzər-Lənkəran`), Mahir Şükürov (`Anji`, Rusiya)

Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (`Qarabağ`), Fərid Quliyev (`Standard`), Vaqif Cavadov (`Tvente`, Holandiya)

Paylaş

// pop up