Frayburqda komandamızı dəstəkləmək istəyənlərin nəzərinə
6 Sen 2022
Frayburqda komandamızı dəstəkləmək istəyənlərin nəzərinə
UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Frayburq” (Almaniya) - “Qarabağ” matçını izləmək və komandamızı dəstəkləmək istəyənlər oyun günü "Wolfswinkel" stadionunda (Europa-Park Stadion) azarkeşlərimiz üçün ayrılmış E-4 sektorunun giriş qapısından saat 19:00-dan 21:00-dək bilet ala bilərlər. Biletlərin qiyməti 29 avrodur.
Qeyd: Ödəniş yalnız nağd şəkildə qəbul ediləcək.
Qeyd edək ki, "Frayburq" - "Qarabağ" oyunu sentyabrın 8-də 21:00-da (Bakı vaxtı ilə 23:00) keçiriləcək.