FUAD ƏSƏDOV İSTEFA VERDİ

single-news
13 İyn 2007

FUAD ƏSƏDOV İSTEFA VERDİ



Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında İcraiyyə komitəsinin iclası keçirildi. Komitədə İcraiyyə Komitəsinin üzvlərindən Ramiz Mirzəyevin, Elşad Nəsirovun, Kazbek Tuayevin, Yaşar Sultanovun və Mirkamil Rəhimovun iştirak etdiyi iclasda AFFA baş katibi Fuad Əsədovun verdiyi istefa ərizəsinə baxılıb. İcraiyyə Komitəsi Baş Katibin səhhəti ilə əlaqədar istefasını yekdilliklə qəbul edib. Beləliklə uzun müddət AFFA Baş Katibi postunu tutmuş Fuad Əsədov bu gündən Federasiyanın məsul vəzifəsini tutmur. İcraiyyə Komitəsi bu vəzifənin icrasını Ələddin Ağaiyə tapşırıb.

 

Paylaş

// pop up