FUAD YAMAN İSTEFA VERDİ
14 Avq 2005
FUAD YAMAN İSTEFA VERDİ
İlk tur başa çatan kimi, 14-cü Milli Çempionatın ilk istefası da özünü gözlətmədi. Belə ki, "Bakı" FK ilə matçda məğlubiyyətdən sonra "Karvan" FK-nun türkiyəli baş məşqçisi Fuat Yaman istefa verdi. İstefanın səbəbləri açıqlanmasa da , klubun rəsmi saytına istinadən deyə bilərik ki, qarşılıqlı anlaşma əsasında müqavilə ləğv edilmişdir. Fuat Yaman ötən mövsüm başa çatan kimi, "KARVAN"da baş məşqçi postunda debüt etmiş Yunis Hüseynovu əvəz etmişdi. Baş məşqçi postu isə yenidən Yunis Hüseynova həvalə olunub. Yeni baş məşqçi artıq klubu ilə ilk məşqçinə də çıxıb.