Futbol Akademiyası açıldı

single-news
24 Fev 2009

Futbol Akademiyası açıldı



Bakıda Futbol Akademiyasının açılışı olub. Açılış mərasimində çıxış edən Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev bildirib ki, akademiyanın tikintisində maliyyə vəsaitinin 60 faizini UEFA, 40 faizini isə AFFA ödəyib: “Futbolumuzda böyük inkişaf var. Olimpiya kompleksleri, stadionlar tikilib və istifadəyə verilib. Akademiyanın yaradılması futbolun inkişafına təsir edəcək`.
AFFA-nın ərazisində inşa edilmiş akademiyanın açılışında çıxış edən UEFA-nın türkiyəli vitse-prezidenti Şenef Erzik isə bildirib ki, Akademiyada Azərbaycanın regionlarından gələnlər futbolun sirrini öyrənəcəklər. Bu da Azərbaycanda futbolun inkişafı üçün əhəmiyyətlidir.

Paylaş