FUTBOL DƏRSİ: "İKİ TOXUNUŞLA OYUN"

single-news
25 Sen 2005

FUTBOL DƏRSİ: "İKİ TOXUNUŞLA OYUN"



Hələ püşkatmadan sonra "Viləş"- "Qarabağ" cütündə aşkar favorit kimi "Qarabağ" sayılırdı. Amma heç olmasa öz meydançasında "Viləş"in müqavimət göstərəcəyi gözlənilirdi... ... Matç başlayan kimi, ilk dəqiqədəcə hesab açıla bilərdi. Lakin Kravçenkonun ötürməsinə Engin çata bilmədi. Bu sonu olmayan hücumların ilki idi. Bundan sonra top mərkəzə vurulur və buradan "Qarabağ"ın növbəti hücumu başlayırdı. Bununla belə "Qarabağ" matçın taleyini ikinci hissədə həll etdi. İlk hissədə isə yalnız Vasif Haqverdiyev rəqib torunu silkələyə bildi. İkinci hissə başlayan kimi Azər Cabbarov, Denis Sokolovski və Dmitriy Yeremeyev 15 dəqiqə ərzində hesabı 4:0 etdi. Əsl şou bundan sonra başladı. "Qarabağ"lılar topa yalnız iki toxunuş etmək qərarına gəldilər.Meydanın mərkəzində top saxlayan komandamız yalnız ötürmələrlə kifayətlənməklə sankı məşqdə iki toxunuş tapşırığı ilə matçı davam etdirirdilər. Bununla belə, belə hücumların biri qolla nəticələndi. Denis Sokolovski mükəmməl cərimə zərbəsi ilə 5:0-lıq "Futbol Dərsi"ni başa vurdu ...

Paylaş