“Futbolçular sona kimi sürəti qorudular”
“Futbolçular sona kimi sürəti qorudular”
Misli Premyer Liqasının XXXI turunun “Qarabağ” - “Neftçi” (3:0) oyunundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:
“İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Bu gün stadionda tam başqa ab-hava var idi. Həm mənim üçün çox xoş oldu, həm də futbolçulara əlavə motivasiya verdi. Hər oyunda onları gözləyirik. Azarkeşsiz futbol çox zəif görünür. Bu gün çox vacib qələbə qazandıq, futbolçularımı təbrik edirəm. Onlardan razı qaldım. Sona kimi sürəti, dinamikanı qoruyub saxlaya bildilər. Qarşılarında təhlükəli əks-hücuma keçən rəqib var idi. Hücumda olarkən müdafiədə diqqətli olmaq önəmli idi. Futbolçular 90 dəqiqə ərzində meydanda gücü, sürəti qoruya bildilər”.
