Futbolçularımız cəbhə bölgəsində FOTOLAR

Futbolçularımız cəbhə bölgəsində FOTOLAR
Bu gün “Qarabağ”ımızın futbolçuları: İbrahim Şehiç, Elvin Yunuszadə, Maksim Medvedev, Qara Qarayev və Coşqun Diniyev Ağdamda cəbhə bölgəsinə yollanıb. İlk olaraq, komandamızın üzvlərini N saylı hərbi hissənin komandiri general-mayor Hikmət Həsənov qarşılayıb. Həsənov futbolçularımızla söhbətində daim “Qarabağ”ımızın oyunlarını izlədiyini və qazandığı uğurlara sevindiyini dilə gətirib. Futbolçularımız da daim Qarabağ uğrunda döyüşməyə hazır olduqlarını bildirib. Hərbi hissə komandirinə “Qarabağ”ımızın Çempionlar Liqasında geyindiyi forma, şarf və top hədiyyə olunub.
Düşmənlə yaxın məsafədə yerləşən hərbi hissəyə baş çəkən futbolçularımız buradakı şəraitlə yaxından tanış olublar. Daha sonra komandamızın üzvləri əsgərlərə hədiyyələrini təqdim edib, şəkillər çəkdirib. Sonda isə bir qrup əsgər futbolçularımızla birlikdə topla məharətlərini göstərib.
Fotoları buradan izləyə bilərsiniz: http://qarabagh.com/?name=photoview&phid=577⟪=1