FUTBOLÇULARIMIZ CƏBHƏ BÖLGƏSİNƏ GEDƏCƏK
15 Okt 2004
FUTBOLÇULARIMIZ CƏBHƏ BÖLGƏSİNƏ GEDƏCƏK
Artıq «Qarabağ»ın futbolçuları da cəbhə bölgələrinə səfər edəcək. Bu barədə klubumuzun vitse-prezidenti Tahir Qoozal məlumat verib. Onun sözlərinə görə hər il bir dəfə «Qarabağ»ın bütün heyəti cəbhə bölgələrindən birinə səfər edəcək. Səfər zamanı orada yaşayan insanlara, həmçinin keşik çəkən əsgərlərə mənəvi dəstək veriləcək, yardım göstəriləcək. Qarabağ bölgəsinə getməyi hər bir vətəndaşının borcu hesab edən Tahir bəy artıq noyabr ayında komandamızın cəbhə bölgəsinə səfərini reallaşdırmaq istəyir.