FUTBOLÇULARIMIZ NİKBİN DANIŞDI
FUTBOLÇULARIMIZ NİKBİN DANIŞDI
Sabah Azərbaycan millisi Avropa seçəmə mərhələsinin son matçında Bakıda Belçika millisini qəbul edəcək. Son matçda Finlandiyaya qarşı layiqli mübarizə aparmasına baxmayaraq, hakim “əli”ylə sonda qazanmağa yaxın olduğu qələbəni əldən verən komandamız qapını bərk çırpmağa çalışacaq. Millinin və “Qarabağ”ın kapitanı Aslan Kərimov və Fərhad Vəliyev də yığmamızın uğur qazanması tərk tökəcək. Bəs görəsən futbolçularımız bu barədə nə düşünür?
Aslan Kərimov: ” Finlandiya komandamız çox yaxşı oynadı. Lakin, hakim uşaqlara oynamağa imkan vermədi. Mənə gəlincə, baş məşqçi şans versə əlimdən gələni etməyə hazıram. Təbii ki, meydana qələbə üçün çıxacağıq. Hər halda son matçda xal və xallar almağımız əla olardı.”
Fərhad Vəliyev də nikbin danışdı:” İnşallah, son matçımızda qələbə qazanaraq millimizin azarkeşlərini sevindirməyə nail olarıq. Finlandiya ilə oyundan sonra hər kəsdə bir inam yaranıb. Zənnimcə, Belçikanı əliboş yola sala bilərik.”