“Futbolçularımız qalib gəlmək üçün ən yaxşısını etməyə çalışdılar”
“Futbolçularımız qalib gəlmək üçün ən yaxşısını etməyə çalışdılar”
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Ferensvaroş” (Macarıstan) - “Qarabağ” matçının (1:3) ardından baş məşqçimiz Qurban Qurbanov fikirlərini açıqlayıb. Təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:
“Futbolçularımı təbrik edirəm. Bu qədər azarkeş önündə çox gərgin oyun olmasına baxmayaraq, sona kimi dözdülər, qalib gəlmək üçün ən yaxşısını etməyə çalışdılar. Bizi tək qoymayan azərbaycanlı azarkeşlərimizə təşəkkür edirəm. Stadionda çox gözəl ab-hava var idi. Üstünlüyümüz olsa da, hesab bizi aldatmamalıdır. Bakıdakı görüşdə daha ciddi və diqqətli olmalıyıq. Çünki rəqibin heç nədən qol vurmağı bacaran futbolçuları var. Bura Çempionlar Liqasıdır. Qarşımızda çox istəkli rəqib və məğlubiyyəti xoşlamayan baş məşqçi var. Şansımızdan maksimum istifadə etməyə çalışacağıq”.
