Futbolçularımız viza prosedurundan keçdi FOTOLAR

14 Noy 2018
Futbolçularımız viza prosedurundan keçdi FOTOLAR
“Qarabağ”ımız Avropa Liqasının qrup mərhələsinin VI turunda səfərdə “Arsenal”ın qonağı olacaq və klubumuz bu matç üçün Böyük Britaniya vizası əldə etmək üçün lazımı prosesdən keçib. Bu vizanın verilmə prosesində səlahəyyətli şirkət “TLS” klubumuza jest edib. Şirkətin nümayəndələri futbolçularımızın sıx qrafikini nəzərə alaraq klubumuzun bazasına gələrək lazımı prosesləri məhz burada yerinə yetirib. Klubumuz başda Elnur Adilov olmaqla “TLS” şirkətinə komandamıza dəstək verdiyinə və alicənab hərəkətinə görə xüsusi təşəkkürünü bildirir.