Futbolumuzun 17 anı (apasport.az)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
Futbolumuzun 17 anı (apasport.az)
Farer adalarının “Streymur” klubun Avropa Liqasından kənarlaşdıran “Qarabağ” Avrokuboklar tarixində 17-ci uğurumuzun müəllifi oldu. Apasport.az saytının məlumatına görə, Azərbaycan klubları indiyədək 17 dəfə mərhələ adlamağı bacarıb. İlk və hələlik son uğurumuzun müəllifi olan “Qarabağ” son 3 ildə 7 dəfə mərhələ adlamaqla ümumilikdə 8 dəfə rəqibini mübarizədən kənarlaşdırıb. Həm də 1 ildə 3 mərhələ keçən ilk və yeganə komandamız olan ağdamlılar ən yaxın izləyicisini 2 qat üstələyir. Liderin izləyicisi “Neftçi” 1 ildə 2 mərhələ keçən ilk komandamız olsa da son 3 ildə “Qarabağ”ın uğurlarının kölgəsində qalıb. Ümumilikdə isə yalnız 6 klubumuz Avropada mərhələ adlamağı bacarıb.
Avrokuboklarda keçilən mərhələlər
1999/2000. “Qarabağ” - 1
2000/01. “Şəmkir” - 1
2004/05. “Xəzər Universiteti”, “Neftçi” – hərəyə 1
2005/06. “Neftçi” - 1
2006/07. “Karvan” - 1
2008/09. “Neftçi” – 2, “İnter” - 1
2009/10. “Qarabağ” – 2, “Bakı” - 1
2010/11. “Qarabağ” – 3
2011/12. “Qarabağ” – 2
Avropada mərhələ keçənlər
“Qarabağ” – 8
“Neftçi” – 4
“İnter” (əvvəlki “Xəzər Universiyteti”) – 2
“Karvan”, “Şəmkir”, “Bakı” - 1