FUTZALÇILARIMIZ DAHA BİR QƏLƏBƏ QAZANDILAR
FUTZALÇILARIMIZ DAHA BİR QƏLƏBƏ QAZANDILAR
Srağagün Bakı İdman Sarayında futzal üzrə beynəlxalq turnirə start verildi. Əvvəlcə meydana Gürcüstan və Qazaxıstan komandaları çıxdılar. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra isə hakimin start fiti ilə qarşılaşma başlandı. Oyun 1:3 hesabı ilə başa çatdı. Günün ikinci qarşılaşması Azərbaycan millisi ilə turnirdə iştirak etməkdən son anda imtina edən İran seçməsini əvəz edən yerli klubların yığma komandası arasında baş tutdu. Ilk dəqiqələrdə bərabərsəviyyəli mübarizə getsə də, sonradan millimiz üstünlüyü ələ alaraq, rəqibini topa tutdu. Qarşılıqlı hücumlar şəraitində keçən bu oyun 10:1 hasabı ilə millimizin xeyrinə başa çatdı. Nəzərinizə çatdıraq ki, oyundan sonra gürcülər bir başa otelə yollansalar da, Qazaxıstan futzalçıları millimizin oyununu izlədilər.