Futzalçılarımız yarımfinala yüksəldi. VİDEO

single-news
26 Yan 2010

Futzalçılarımız yarımfinala yüksəldi. VİDEO



Futzal üzrə Azərbaycan milli komandası bu gün tarixinin ən önəmli sınağına çıxıb. Yığmamız Macarıstanda keçirilən Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində Ukrayna ilə qarşılaşıb. Qitə çempionatına ilk dəfə qatılmış futzalçılarımız qalib gələrək, daha bir tarixi uğuru gerçəkləşdiriblər.

Ukrayna oyun başlar-başlamaz hesabda önə keçcə də, tezliklə furzalçılarımız Fərzəliyevlə hesabı bərabərləşdiriblər. Daha 2 dəfə tarazlıq yarandıqdan sonda  qalib penalti seriyalarında müəyyənləşib. Və bu dəfə qapıçımız Tveryankin 2 qurtarışıyla millimizi yarımfinala daşıyıb.

Bu mərhələdə komandamız Serbiya – Portuqaliya cütünün qalibiylə qarşılaşacaq.

 

Azərbaycan - Ukrayna 3:3 (4:2)

Paylaş

// pop up