`Galatasaray` uduzdu...VİDEO
`Galatasaray` uduzdu...VİDEO
Türkiyə superiqasının 24-cü turu arxada qalıb. Cari mövsüm çempionluq mücadiləsi baxımından olduqca keçən yarışda lider `Qalatasaray` `Eskişehirspor`un qonağı olub. `Es-es`lə hər zaman çətin oynayan `Cim-bom` bu dəfə də ənənəsinə `sadiq qalıb`. Belə ki, Rza Çalımbayıb yetirmələri 43-cü və 46-cı dəqiqələrdə Korayın vurduğu qollarla 2:0 önə keçib. Düzdü, 72-ci dəqiqədə Elano penaltidən hesab arasındakı fərqi azaltsa da, bu `Es-es`in öz meydanında `Cim-bom` üzərindəki qələbəsini rəsmiləşdirməsinə maneə olmayıb. Bu nəticə eyni zamanda növbəti qələbələrini qazanan çempionluq uğrunda mübarizə aparan digər rəqiblər `Fənərbaxça`, `Bursaspor` və `Beşiktaş`ın üst sıralarda daha da sıxlıq yaratmasına şərait yaradıb.
`Eskişirspor` - `Galatasaray` 2:1