"G.BİRLİYİ","BURSASPOR","ANTALYASPOR"... İNDİ İSƏ...
2 İyl 2006
"G.BİRLİYİ","BURSASPOR","ANTALYASPOR"... İNDİ İSƏ...
"Qarabağ" Futbol Klubu oyun qurucu axtarışlarını davam etdirir. Səviyyəli futbolçu axtaran komandamız Türkiyə Super Ligasında öz dəsti xətti ilə seçilən playmaker- oyun qurucunu "Patalya"ya dəvət etmişdir. 2 dəfə Türkiyə super ligasında playmaker kimi - ASİST KRALI adı almış, "GƏNCLƏRBİRLİYİ", "BURSASPOR", "ANTALYASPOR"un uzun illər şərəfini qoruduğu futbolçu indi "Qarabağ"ın düşərgəsindədir...
HAKAN DƏMİR
1975-ci ildə İzmirdə anadan olmuşdur. Futbola 10 yaşında olarkən "Göztəpə" futbol məktəbində başlayab Hakanın ilk professional komandası "Altı Nordu" klubu olmuşdur. Burada iki il göstərdiyi futbol yüksək dəstə klublarının diqqətini cəlb eləmiş və 1992-ci ildə "Altay" futbolçunu heyətinə dəvət etmişdir.
1994-cü ildə "Gənclərbirliyi" klubu ilə müqavilə bağlayan Hakan Demir 2000-ci ilə qədər bu klubun şərəfini qorumuşdur.2000-2002-ci ildə "Bursaspor", 2002-2006-cı ilə qədər isə "Antalyaspor"da top qovmuşdur...
Super Ligada 32 qol vuran oyunçu 2 dəfə ASİST KRALI adını almışdır. 5 il dalbadal ƏN CENTLMEN FUTBOLÇU adına da məhz HAKAN DƏMİR layıq görülmüşdür...
Türkiyə mətbuatının futbolçu haqqında yazılarını MƏTBUAT bölümünə daxil olmaqla tanış olmaq olar.