“Gələn il tam fərqli, çempionluğa layiq “Qarabağ” görəcəksiz”(futbol+, 29.04.2006)

single-news
29 Apr 2006

“Gələn il tam fərqli, çempionluğa layiq “Qarabağ” görəcəksiz”(futbol+, 29.04.2006)



“Qarabağ” 2001-ci ildə ölkəmizdə fəaliyyət göstərən ən böyük holdinqlərdən biri “Azərsun Holdinq” şirkətlər qrupunun himayəsi altına keçəndən ikinci həyatına qədəm qoydu. Xeyirxah əməlləri ilə bütün türk dünyasında ad qazanan “Azərsun Holdinq” Qarabağı unutdurmamaq üçün əməli işə girişdi. Tez bir zamanda şirkətin prezidenti Abdulbari Gözəlin köməyi ilə komandanın maddi problemləri həll olundu. 2003-cü ildə “Qarabağ-Azərsun”un rəhbər strukturunda bəzi dəyişikliklər aparıldı və Tahir Gözəl komandanın vitse-prezidenti təyin edildi. Tahir Gözəlin kluba gəlişindən sonra klubun tarixində sanki yeni səhifə açıldı. Komandanın ölkə çempionatında uğur qazanması üçün bütün imkanlar səfərbər edildi. Və bu səyin nəticəsi kimi 2002-03 mövsümündə “Qarabağ” uzun fasilədən sonra Azərbaycan çempionatının mükafatçıları sırasında yer aldı. Bu il daha çox kubokda iddialı komanda kimi tanınan “Qarabağ” artıq finalın biraddımlığındadı. Hər zaman komanda ilə birlikdə olan Tahir Gözəl vacib oyun ərəfəsində bu dəfə futbolçularla dəniz sahilində görüşərək onlarla birgə olduğunu bir daha sübut etdi. Artıq kubokun ilk görüşü keçirilib və Tahir bəy də matçı izləyənlər arasında idi. - Gözəl komandamız var və matçı izləyənlər bunun şahidi oldu. İki dost komandanın oyunu mənə mənəvi istirahət verdi. “Neftçi” ilə oyun həmişə tam fərqli xarakter daşıyıb. Fəxr edirəm ki, belə komandanın vitse-prezidentiyəm. Azərbaycanın gözəl guşələri çoxdu. Futbolçuların belə yerlərdə istirahət etməsini istədiyimdən təşəbbüs irəli sürürəm. Bazar günü də komandamla Dübəndidə dəniz sahilinə getdik. Futbolçularla hər görüşdən sonra özümü xoşbəxt hiss edirəm. Çünki arada isti münasibət, qarşılıqlı sevgi varsa, Allahın bəxş etdiyi gözəlliklər olan yerlərə istirahət yerinə düşür. - Klubun saytına yerləşdirilmiş şəkillərdən görürük ki, futbolçular ordakı istirahətlərinə əyləncəli oyunlar, şou ilə də rəng qatıb. - İstirahət ediriksə, orda futbolçularımdan fərqlənməməyə çalışıram. Rəsmi görüşü ofisdə də etmək olar. Orda isə tam başqa atmosfer olur. Təəssüf ki, həm mənim iş qrafikim, həm də onların məşq prosesi bəzi maneələr törədir. Buna baxmayaraq, komandamın bütün oyunlarını izləyirəm. - Sizcə bugünkü “Qarabağ” kuboku almağa qadirdirmi?... (davami bu günkü FUTBOL+ qəzetində)

Paylaş

// pop up