GƏNC “QARABAĞ”LILAR BAKI BİRİNCİLİYİNƏ QATILACAQ
GƏNC “QARABAĞ”LILAR BAKI BİRİNCİLİYİNƏ QATILACAQ
Məlum olduğu kimi, 1-ci dəstədə çıxış edən komandaların çempionatına son qoyulub. Daha doğrusu müsabiqədən kənar çıxış edən “Qarabağ-2” məcburi olaraq çıxışını dayandrıb. Lakin, Yaşar Hüseynovun yetirmələri boş oturmayacaqlar. Əvəzedicilər yaxın günlərdə başlayacaq Bakı birinciyində qüvvələrini yoxlayacaqlar. Lakin “Qarabağ” adını yarışda təkcə Yaşar bəyin yetirmələri qorumayacaq. Belə ki, 1991-1992-ci illər yaş qrupuna başçılıq edən Emin Salmanov da komandası da yarışa qatılacaq. “Qarabağ-3” adından çıxış edəcək komanda göründüyü kimi 15-16 yaşlı yeniyetmələrlə mübarizə aparacaq. Görəsən komandanın yarışdakı hədəfləri nədən ibarətdir. İlk olaraq bu sualı Yaşar müəllimə ünvanladıq:” Təbii ki, ilk hədəfimiz çempionluqdur. Amma eyni zamanda komandanın əksəriyyətinin gənclərdən ibarət olduğunu nəzərə alsaq bir sıra gəncləri sınaqdan keçirmək imkanı olacaq. Bu çempionatın keçirilməsi yerinə düşdü. Çünki, növbəti birinciliyin sentyabrda başladığını nəzərə alsaq uşaqlar formalarını da qoruya biləcək.”
Emin Salmanovun hədəfi isə bir qədər fərqlidir:” Bizdə uşaqların 15-16 yaşı var. Hətta 13 və 14 yaşlı yeniyetmələrə də komandamızda rast gəlmək olar. Əsas hədəfimiz uşaqların praktika toplaması və yeni istedadların üzə çıxarılmasıdır.”
Sonda qrupları sizə təqdim edirik.
A QRUPU B QRUPU
Neftçi-2 Qarabağ-2
Bakı-2 Neftçi-3
Zəngəzur-1 Məsul
Qarabağ-3 Zəngəzur-2
Olimpiya Bayıl Rovers
Atletiko İnam