GƏNC “QARABAĞ”LILAR FİNALA YÜKSƏLDİ.
GƏNC “QARABAĞ”LILAR FİNALA YÜKSƏLDİ.
Azərbaycanın çempionatının güclülər dəstəsinin nəzdiində olan klubların 1988-1990-cı təvəllüdlü gənclərin turniri sona yaxınlaşır. Bu yarışda uğurla çıxış edən “Qarabağ” komandası çempionluğun bir addım daha yaxınlaşıb. Emin Salmonovun yetirmələri “Xəzər-Lənkəran”ı sıradan çıxararaq finala yüksəlib. Suraxanıda keçirilə cavab görüşündə “Qarabağ” rəqibini darmadağın edərək rəqibinə yerini göstərib. Gənclərimizin 4:1 hesabıyla qalib gəldiyi matçda qolları Polad Kərimov (2), Asif Şərifov və Elgiz Əliyev vurub. 1 həftə öncə keçirilən görüşdə də Polad Kərimovun vurduğu qolla gənclərimiz 1:0 hesabıyla qalib gəlmişdi.
Emin Salmanov, baş məşqçi: “ Oyunun gözlənildiyi kimi bizim üçün asan keçdi. İlk oyunda qalib gəldiyimizdən rəqibi yaxşı tanıyırdıq. İnşallah, finalda da qalib gələrək çempionluğu bayram edərik.”
Xatıradaq ki, “Qarabağ” finalı “İnter”lə Mayın 20-sində oynayacaq.