"GƏNCLƏR" SON ANDA DEVRİLDİ, 0:1. FOTOQALAREYA
"GƏNCLƏR" SON ANDA DEVRİLDİ, 0:1. FOTOQALAREYA
"Qarabağ"ın heyəti ilə tanış olun.
Fərhad Vəliyev, Aftandil Hacıyev, Soumah Mamadouba, Timur İsrafilov, Azər Məmmədov, Zaur Həşimov, Murad Ağakişiyev, İsaac Pupo, Qoqa Beraya, Kənan Kərimov, Viktor İqbekoyi
Mehdi Hüseynzadə adına stadionda iki rəqib komanda “Qarabağ” və “Gənclərbirliyi” yenidən üz-üzə gəldi. Oyuna “Gənclərbirliyi” başladı. İlk dəqiqələr meydanın “Gənclərbirliyi”nə aid hissəsində davam edirdi. Daha sonra rəqib komanda hücum təşkil etsə də bu hücum məntiqli sonluqla nəticələnmədi. Rəqib hücumçunun vurduğu topu Fərhad dəf etməkdə çətinlik çəkmədi. Oyun qarşılıqlı hücumlarda davam edirdi. Artıq 8-ci dəqiqədə “Qarabağ” hesabda irəli çıxa bilərdi. Lakin Viktorun vurduğu top qapının yanından keçir. Çox keçmədi ki, koamandamız növbəti hücumunu təşkil etdi. Viktorun ötürməsindən sonra Kənan topa başla zərbə endirsə də qapıçı səhvsiz oynadı. Qarşılaşmanın 18-ci dəqiqəsində rəqib hücumçular cərimə meydançasına yol tapa bilsələr də topa qüvvətli zərbə endirə bilmədilər.24-cü dəqiqədə oyunda ilk sarı vərəqə... Hakim rəqib komandanın 9 nömrəli oyunçusunu kobud oyuna görə sarı vərəqə ilə cəzalandırır. Ilk hissənin sonlarına yaxın Muradın gözəl ötürməsinə Pupo qüvvətli zərbə endirsə də qapıçı bu zərbənin qarşısını ala bilir. Komandalar fasiliyə 0:0 hesabı ilə yollandılar. Ikinci hissə də qarşılıqlı hücumlarla yadda qaldı. “Qarabağ”ın yeni transferlərindən olan Elşən Məmmədov meydana çıxdıqdan sonra bir neçə real qol vəziyyəti yaratsa da topa dəqiq zərbə endirə bilmədi. Oyunun sonlarına yaxın, artıq bütün ümidlər kəsilməyə doğru idi ki, Elşən mükəmməl zərbə ilə topu tora qovuşdurdu. Bəli, “Qarabağ” gözlənilən və arzu olunan qələbəni qazandı.
Oyundan MARAQLI ANLAR
Oyunun STATİSTİKASI
