GƏNCLƏR TÜRKİYƏYƏ GETDİ

single-news
20 İyn 2007

GƏNCLƏR TÜRKİYƏYƏ GETDİ



Bu gün səhər “Qarabağ” Futbol Klubunun 16 yaşına kimi olan gəncləri Türkiyəyə yola düşüb. Xatırladaq ki, ənənəvi olaraq Bursa şəhərində keçirilən “Bursa Fan Cup” turnirində ilk dəfə olaraq bir Azərbaycan klubu çıxış edəcək. Turnirə qardaş ölkənin nüfuzlu komandalarından olan “Qalatasaray”, “Fənərbaxça”ilə yanaşı  Çexiya, Makedoniya, Rumniya, Serbiya və digər ölkələrdən komandaların qatılacağı gözlənilir. Bəs, görəsən, komandanın Bursada hədəfləri nədir? Komandanın baş məşqçisi Emin Salmanov uğur üçün səfərə çıxdıqlarını bildirdi. ” Belə səfərlər futbolçuların gələcəyi üçün çox önəmlidir. Həm təcrübələri artar, həm də səviyyələri. Düzdü, ilk dəfə qatılsaq da, yarışa sadəcə iştirak üçün getmirik. Yetirmələrimizə ianırıq. Və ümidvaram ki, klubumuzu və ölkəmizi şərəfini ən yaxşı şəkildə qoruyacaq.

Qeyd edək ki, Turnir iyunun 20-30-u aralığında keçiriləcək. Komandamız son qeyd olunan tarixində vətənə qayıdacaq.

Paylaş

// pop up