Gənclər və İdman Nazirliyi də `Qarabağ`ı ilin ən yaxşısı seçdi

24 Dek 2010
Gənclər və İdman Nazirliyi də `Qarabağ`ı ilin ən yaxşısı seçdi
`Qarabağ`ımız mükafata doymur. Arxada buraxdığımız ildə Avrokuboklarda Azərbaycan futbol tarixinin ən böyük uğurununa imza atan `Qarabağ`ımız layiqli qiymətini almaqdadır. Dünən axşam `Buta Palas`da gənclər və idman nazirliyi tərəfindən ilin yekunları ilə bağlı tədbir keçirilmişdir.
Yığıncaq Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov tərəfindən açılmışdır. Giriş sözündə cənab Nazir arxada buraxdığımız ili Azərbaycan idmanın aktivinə yazaraq ölkəmizdə idmanın günü-gündən inkişaf etdiyini vurğulamışdır.
Ardınca ötən ilin ən yaxşılarının mükafatlandırılma mərasimi baş tutmuşdur. Sevindirici haldır ki, `Qarabağ` Futbol Klubu da mükafata layiq görülmüşdür. Ötən mövsüm Azərbaycan çempionatında bürünc mükafatlara layiq görülmüş, Avrokuboklarda isə Azərbaycan futbol tarixində ilk dəfə 3 mərhələ adlayan komandamız `İlin ən yaxşı komandası` seçilmişdir. `Qarabağ` komandası kişilər üzrə basketbol, qadınlar üzrə voleybol millimizi qabaqlayaraq ilin ən yaxşı komandası seçilmişdir.
`Qarabağ`ımıza bu münasibətlə Azərbaycan Gənclər və İdman Nazirliyinin diplomu təqdim edilmişdir.